“Mədəniyyət Könüllüləri” Azərbaycan şeirini səsləndirdilər
May 28, 2023
Mədəniyyət Könüllüləri təltif olundular
İyun 1, 2023

1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Uşaq və Qadın sığınacağında tədbir keçirilib.

May 30, 2023

Tədbirin açılış hissəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli çıxış edərək təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, istedadlı uşaqların daim dövlətmizin qayğısı ilə əhatə olunmasından və bu siyasi yolun uğurlu nəticələrindən bəhs edərək tədbirdə iştirak edən uşaqların bayramını təbrik etdi, onlara yeni nailiyyətlər arzuladı.

Tədbirin bədii hissəsində “Səs Azərbaycan – doğma nəğmələr” yarışmasının iştirakçıları İlkin Dövlətov, Türkay Cəfərlinski, Telli Əbilova, Sabir Əliyev, Səttar Qəmbərov, Zaur Gərayev, o cümlədən mədəniyyət könüllüləri Aslan Aslanov, Əli Məhərrəmzadə, Ülvi Həşimov, Əbdül Hüseynzadə ifasında müxtəlif nəğmələr, aşıq havaları səsləndi, rəqs nömrələri təqdim olundu.

Sonda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən Uşaq və Qadın sığınacağının balaca üzvlərinə müxtəlif hədiyyələr təqdim olundu.