2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili baş tutub. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak ediblər.
Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil edilib.

