“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfər səsi” adlı yeni musiqili layihə təqdim etdi. 
Fevral 2, 2024
Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirildi
Fevral 21, 2024

2 Fevral “Gənclər Günü”

Fevral 2, 2024

2 Fevral “Gənclər Günü” münasibəti ilə mədəniyyət nazirinin müavini Fərid Cəfərov mədəniyyət könüllüləri ilə görüş keçirdi. Görüş zamanı “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvləri tərəfindən ifa edilən musiqisi Ülviyyə Bəbirli, sözləri Cavid Şahbazbəyova məxsus “Zəfər Səsi” klipi təqdim edildi. 

Nazir müavini gənclərə və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayaraq, gənclərin fəaliyyətini müsbət dəyərləndirdi və birgə əməkdaşlıqlardan məmnun olduğunu söylədi.

Sonda mədəniyyət könüllüləri diplomla təltif olundular.