Şah İsmayıl Xətainin Fərmanının təqdimat mərasimi keçirilib
Oktyabr 16, 2024
Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı keçirilib
Oktyabr 21, 2024

Mədəniyyət Könüllüləri  “Füzuli  Şəhəri Günü”ndə  

Oktyabr 17, 2024

17 Oktyabr – Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli 530” tamaşası nümayiş olunub.

Əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar. 

Gün ərzində proqram çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Füzuli”, “Zamanın qanadlarında: Füzuli” adlı fotosərgilər, “Mənim Füzulim” rəsm sərgisi, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunub. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim edilib, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələri nümayiş olunub. 

Qeyd edək ki, Mədəniyyət Könüllüləri həmin tədbirə xüsusi proqramla qatılıblar. Onlar uşaqlar üçün əyləncələr, face art təşkil ediblər.

Bundan əlavə ənənə halını alan “Ədəbiyyata Könül Ver!” kitab rəfini Füzuli şəhərinə hədiyyə ediblər.

“Sən də mədəniyyətə könül ver!” adlı divar kağızına isə dövlət məmurları, sənət nümayəndələri və Füzuli sakinləri ürək qəlibləri vurdular.