Müxtəlif sahələr üzrə klublarımıza qoşul, mədəniyyət könüllüsü ol
Fevral 10, 2025
“Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində”  qonaq olduq
Fevral 23, 2025

Aqşin Kazımov – “Online Sərgi” ilə qarşınızda

Fevral 15, 2025

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin növbəti layihəsi olan “Online Sərgi” ilə qarşınızdayıq.

 Layihəmizin ilk rəssamı Aqşin Kazımovun əsərlərini sizə təqdim edirik. 

 Aqşin Kazımov 1986-cı il 22 may tarixində anadan olub. Rəssam incəsənət təhsilini əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. Aqşin Kazımovun yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmır. O, Türkiyə, Fransa, İngiltərə, Rusiya, Belçika, Sinqapur, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirak edərək Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini layiqincə təmsil edir. Rəssamın əsərləri müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda və qalereyalarda yer alır.