Mədəniyyət Könüllüləri təltif olundular
İyun 1, 2023
Məşhur “Alagöz” Mədəniyyət Könüllüləri tərəfindən yeni ifada – Qurtuluş günündə
İyun 15, 2023

“Millət Naminə. Əbdül Kərim bəy Mehmandarov” bədii-sənədli filminin təqdimatı baş tutdu

İyun 5, 2023

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” bədii-sənədli filmi çəkildi. Filmdə Mehmandarovlar soyunun timsalında tanınmış həkim və ictimai xadim, xeyriyyəçi Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun (1854-1929) ömür yolu və fəaliyyətinə işıq salındı.

İyunun 5-də Nizami Kino Mərkəzində ekran işinin təqdimat mərasimi keçirildi. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Təqdimatda mədəniyyət könüllüləri fəaliyyət göstərdilər.