2 Fevral “Gənclər Günü”
Fevral 2, 2024
CINEMO ilk Mobil Film Festivalı
Fevral 21, 2024

Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirildi

Fevral 21, 2024

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Mədəniyyət Günləri çərçivəsində fevralın 23-də Doha şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert baş tutdu.

Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən gəlmiş qonaqlar, yerli ziyalılar və başqaları konserti izlədilər. Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndirdilər. 

Qətərin Doha şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsindən keçirilən tədbirlərdə mədəniyyət könüllüləri fəal iştirak etdilər.