BİZ KİMİK?

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi 13 aprel 2023-cü il tarixində yaranmışdır.

 
 
HAQQIMIZDA

Yarandığı tarixdən etibarən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Forumlarda, mədəni tədbirlərdə, Vaqif poeziya günləri, Laçın və Füzuli şəhəri günləri, o cümlədən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, TacikistanŞ Belarusiya Mədəniyyəti Günləri, “Xarıbülbül” festivalı və digər dövlət əhəmiyyətli tədbirlərdə fəaliyyət göstərmişdir. Bununla yanaşı fərqli yönümlü tədbirlər, video layihələr həyata keçirmişdir.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin əsas məqsədləri:
- Mədəniyyət və incəsənət sahələrində könüllülərin fəaliyyətini təşviq etmək
- Dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək
- İstedadlı şəxslərin peşəkar inkişafına şərait yaradaraq onların innovativ təşəbbüslərini dəstəkləmək
- Tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində maarifləndirmə işi aparmaq
- Mədəni və sosial layihələr həyata keçirmək