31 yanvar tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib.
Tədbirdə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvü Səttar Qəmbərov çıxış edib. Eyni zamanda 2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə könüllülük sahəsində səmərəli fəaliyyətinə görə Mədəniyyət Könüllüləri fəxri fərmanla təltif olunublar. Onları təbrik edir və uğurlar arzulayırıq.
Ürfanə Əzimova – Gəncə şəhəri Mədəniyyət Könüllüsü
Nihad Cəfərov – Bakı şəhəri Mədəniyyət Könüllüsü
Diana Hüseynli – Bakı şəhəri Mədəniyyət Könüllüsü



