Mədəniyyət könüllüsü Xantı-Mansiyskdə
Avqust 1, 2024
“Azərbaycan” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib
Avqust 22, 2024

Azərbaycan Kinosu Günü

Avqust 2, 2024

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kinonun yaranmasının 126 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə mədəniyyət xadimləri, kino ictimaiyyəti nümayəndələri və film həvəskarları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovet dövrü bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan kinosu dünya kinosunun tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan kinosu çoxlu eniş və yoxuş yaşayıb, müxtəlif transformasiyalara məruz qalıb. Amma həmişə öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalıb.

Mədəniyyət Könüllüləri həmin tədbirdə fəal iştirak ediblər.