Mədəniyyət Könüllüləri  “Füzuli  Şəhəri Günü”ndə  
Oktyabr 17, 2024
“Gənc Avaz” layihənin “Zəfər günü”nə həsr olunan konserti baş tutdu
Noyabr 7, 2024

Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı keçirilib

Oktyabr 21, 2024

21 oktyabr 2024-cü il tarixində AKTİ-yə üzv təşkilatların rəhbərlərinin, katibliyin, media nümayəndələrinin, bir sıra rəsmi qonaqların və Azərbaycan Könüllülərinin iştirakı ilə həyata keçirilən konfransda İttifaqın ötən illərə dair yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Hesabat-Seçki konfransında AKTİ-nin sədri Yusif Vəliyev sədrlik etdiyi dövr ərzində fəaliyyətini əks etdirən hesabatla çıxış edib. O, könüllülərin sosial, iqtisadi, mədəni və ekoloji sahələrdə oynadığı mühüm rol oynadığını, o cümlədən gənclərin cəmiyyətin inkişafına verdiyi töhfəni və könüllülərin sosial problemlərin həllində fəal iştirak etdiyini bildirib. 

 Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv olan təşkilatların rəhbərlərinin mükafatlandırma mərasimi həyata keçirilib.

 AKTİ sədrinin hesabatı dinlənildikdən sonra üzv təşkilatların iştirakı ilə növbəti il ərzində İdarə Heyəti və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub. Keçirilən səsvermənin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən Vüqar Əliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib. AKTİ-nin sədr müavinliyinə “Ekokönüllülər” qrupunun rəhbəri Səyyarə Məmmədova və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova seçiliblər. 

Səsvermə nəticəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli AKTİ-nin yeni idarə heyətinə üzv seçilib. O cümlədən, Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyətində göstərdiyi dəstəyə görə AKTİ tərəfindən təltif edilmişdir.