Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
Noyabr 25, 2024
Mədəniyyət Könüllüləri mükafatlandırılıblar
Dekabr 5, 2024

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib

Dekabr 5, 2024

Dekabrın 5-i 2024-cü il tarixində Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib.

 Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-16-da keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.

 Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib. Sərgidə Mədəniyyət Könüllülərinin stendi yaradıcı fəaliyyətlə diqqət çəkmişdir. Belə ki, Mədəniyyət Könüllüsü Sürəyya Rzayeva “Sarı gəlin” rəqsini təqdim edib. Eyni zamanda nağara ifaları, face artlar, “Gəzən təbiət”dən nümunələr diqqət çəkmişdir.