Mədəniyyət könüllüsü beynəlxalq təcrübə proqramında
Noyabr 19, 2024
Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib
Dekabr 5, 2024

Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər

Noyabr 25, 2024

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradıcı gənclərin inkişafına, onların beynəlxalq platformalarda fəal iştirakına və mədəni inteqrasiyaya dəstək göstərir. Bu siyasət Azərbaycan gənclərini beynəlxalq səviyyədə tanıtmaq və Türk dünyası ilə əlaqələrini möhkəmləndirmək məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdə özünü bir daha göstərir.

Azərbaycanlı gənclər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər. Tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 nəfər istedadlı gənc tədbirdə ölkəmizi təmsil edib. Onların arasın Mədəniyyət Könüllüləri Məryəm Əlizadə, Ziyat Yadigar və Natəvan Həsənova yer alıblar