Tədbir çərçivəsində Azərbaycan və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli və Matlubaxon Sattoriyen Heydər Əliyev Mərkəzində təşkil olunan Tacikistan mədəniyyətinə aid incəsənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Tacikistan Mədəniyyəti Günlərinin Bakıda və Gəncədə təşkil olunmasını tarixi hadisə adlandırıb. Nazir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistanın dövlət başçısı Emomali Rəhmonun möhkəm iradəsi nəticəsində inkişaf edir.
“Azərbaycan zəngin ədəbi ənənələrə malikdir. Xüsusilə, Nizami Gəncəvi və onun müəllifi olduğu “Xəmsə” əsəri ölkəmizdə də sevilir və tədqiq olunur. Mədəniyyət günləri istənilən dövləti dost ölkənin insanlarına uğurla tanıtmaq üçün mükəmməl bir vasitədir. Ona görə də, Azərbaycanda Tacikistan Günlərinin keçirilməsi münasibətlərin inkişafında mühüm rol oynayacaq”.
Nazirlərin çıxışından sonra tədbir konsert proqramı ilə davam edib.Qeyd edək ki, Tacikistan Mədəniyyəti Günləri 20 -23 may tarixlərində keçirilib. Tədbirlərdə mədəniyyət könüllüləri fəaliyyət göstəriblər.
