Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze” adlı beynəlxalq film festivalının açılış mərasimi olub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək olduğunu deyib. Daha sonra “Baku Cinema Breeze” beynəlxalq film festivalında birləşən müxtəlif festivalların direktorları çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıblar. Rəhbər şəxslər xüsusi günü əbədiləşdirmək üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqabın üzərinə imza atıblar.
Qeyd edək ki, oktyabrın 2-3-ü tarixlərində keçirilən festival çərçivəsində keçirilən tədbirlərdə Mədəniyyət Könüllüləri fəal iştirak ediblər.

