Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər davam edir.
20 may 2024-cü il şəxsi inkişaf üzrə mütəxəssis, motivator Rəna Əmirəliyeva ilə “Düşüncənin gücü” mövzusunda təlim keçirilmişdir. Təlim Azərbaycan Könüllü Təşkilatları İttifaqında baş tutmuşdur.















