16 iyun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Filarmoniya bağında “Mədəniyyətə Könül Ver!” adlı açıq hava konserti baş tutdu. Tədbirin məqsədi yaradıcı gənclərin potensialının inkişafını dəstəkləməkdən ibarət idi. Konsertdə fərqli janr ifaçıları yer aldılar.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli konserti açıq elan edərək layihənin məqsədi haqqında məlumat verdi. Konsertdə Beynəlxalq müsabiqələr laureatları, Muğam müsabiqəsinin qalibləri, Avroviziya mahnı müsabiqəsinin təmsilçisi, instrumental ifaçılar, rəqqaslar yer aldılar. Onların arasında Humay Qədimova, Məqsəd Əzizov, Teymur Süleymanbəyli, Çinarə Məlikzadə, Mərdan Kazımov, Fəxri İsmayılov, Rəvan Qaçayev və başqaları var idi. Konsertin aparıcıları Abbasağa Əlizadə və Səmray Əliyeva idilər.



























