Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı keçirilib
Oktyabr 21, 2024
8 noyabr Zəfər günü ehtiramla yad edilib
Noyabr 8, 2024

“Gənc Avaz” layihənin “Zəfər günü”nə həsr olunan konserti baş tutdu

Noyabr 7, 2024

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gənc Avaz” layihənin “Zəfər günü”nə həsr olunan növbəti konserti baş tutdu. Silsilə şəklində keçirilən layihənin məqsədi yaradıcı gənclərə dəstək olmaqdır. 

 Konsertdə müxtəlif janrda ifa edən gənclər səhnədə yer alıblar. Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tək musiqi sahəsində deyil, eyni zamanda rəsm, dizayn və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə dəstək verir. 

 Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova iştirak edib. Konsertin əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan etmək üçün səhnəyə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli dəvət olunub. O, çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə tamaşaçıları məlumatlandırıb. Tədbirin aparıcısı Səmray Əliyeva olub.

 “Gənc Avaz-2” adlı konsertdə Respublika müsabiqələri laureatları Murad Əzimov, Cəlal İsayev, o cümlədən Səttar Qəmbərov, Cavanşir Abdulalı, Günel Qasımova, Nicat Quliyev, “İz Qrupu”, Fərdin İlham Məhəmmədzadə, Fatimə Əlizadə, Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının solistləri Emin İsmayılov, Orxan Cabbarov, Rauf Məmmədzadə, Anar Həmidli, Asim Muradovçıxış ediblər. Tədbirdə gənclərə dəstək olaraq Əməkdar artist Eldar Məmmədov, bəstəkar- ifaçı Bəbir Bəbirli səhnədə yer alıblar. Sonda bütün iştirakçılar diplomlarla təltif olunublar.