“COP29” çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi daha bir maraqlı layihə ilə tamaşaçıların qarşısına çıxıb. Belə ki, “Gəzən təbiət” adlı bu layihədə gənc modelyerlər, mədəniyyət könüllüləri iqlim dəyişikliyinə həsr olunan müxtəlif növ geyim nümunələrini hazırlayıblar. Həmin nümunələr video formatda təqdim olunub.
Layihə üzərində çalışan modelyerlər:
- Yəmən Qurbanova
- Ramazan Həbibov
- Şəbnəm Feyzili
- Selcan Quluzadə
- Ayşən Axundzadə