8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirildi. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdı.
8 oktaybr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində III “Korkut Ata” Türk Dünyası Film Festivalı açılış mərasimi keçirildi.
Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdən ibarətdir. Festivala türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də qatıldı. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak etdi. Zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar oktyabrın 9-da “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən Şuşa şəhərinə səfər etdilər.
Festival günləri ərzində mədəniyyət könüllüləri fəal iştirak etdilər.










