Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər davam edir.
Növbəti təlim 14 iyun 2024-cü il tarixində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirildi. Təlimçi musiqiçi, səs terapiyası mütəxəssisi, transformativ təlimçi, enerji terapevti İlhamə Babayeva ilə “Səs terapiyası” mövzusunda keçirildi.













