14 may 2024-cü il tarixində “HR Hunter” şirkətinin direktoru İlkin Mirzəzadə “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçmişdir. Təlim Azərbaycan Könüllü Təşkilatları İttifaqında baş tutmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər keçirilir.














