Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi musiqi layihələrini həyata keçirməkdə davam edir.
Bu dəfə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi Azərbaycan xalq mahnısı olan “Laçın”ı məhz 26 avqust, “Laçın şəhəri günü”ndə geniş tamaşaçı kütləsinə təqdim etdi. Mahnı “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvləri Səbinə Quluzadə, Sabir Əliyev və layihənin bədii rəhbəri Bəbir Bəbirli tərəfindən ifa olundu. Layihəyə dəstək olaraq violonçel ifaçısı Əməkdar artist Aleksey Miltıx iştirak etdi. Video layihənin operator və montajçısı Əliəsgər Mirzəyevdir.
