Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlərə start verilmişdir.
Layihənin ilk görüşü 3 may 2024-cü il Azərbaycan Dövlət Film Fondunun Kino Arxiv şöbəsinin müdiri Rəşad Qasımov ilə “Azərbaycan Kino Tarixinə Səyahət” mövzusunda olmuşdur. Görüş çərçivəsində gənclərin Azərbaycan Dövlət Film Fondunda ekskursiyası təşkil olunmuşdur.













