Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər Gəncə şəhərində davam edir.
Layihənin növbəti təlimi 4 may 2024-cü il Azərbaycan Texnologiya Universitetinin Dizayn Kafedrasının müəllimi Mobil Qarayev tərəfindən “Flashmob Necə Qurulmalı?” mövzusunda keçirilmişdir. Təlim Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutmuşdur.












