Qazaxıstan Mədəniyyət Günlərində Mədəniyyət Könüllüləri
Dekabr 4, 2023
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi
Dekabr 10, 2023

“Mədəniyyət Könüllüləri” aparıcı kastinqi keçirdi

Dekabr 5, 2023

5 dekabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə aparıcı kastinqi baş tutub.

İctimai Birliyin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə kastinqin keçirilməsinin əsas məqsədi yeni və istedadlı gənc aparıcıları aşkara çıxartmaq, onlara aparıcılıq fəaliyyətlərində dəstək olmaqdan ibarətdir. Bu gün kastinqə 70-ə yaxın iştirakçı gəlib. Seçilən gənclərə təcrübəli aparıcılar tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulub.

Münsiflərdə olan Əməkdar artist, rejissor Nicat Kazımov, Əməkdar artist Elnur Kərimov, qiraətçi Xəzər Süleymanlı, tanınan televiziya aparıcıları Samirə Mustafayeva, Jalə Həsənli, Aynur Fətullayeva, o cümlədən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli  tərəfindən iştirakçılar dinlənilərək müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndiriliblər.