Şuşada Vaqif Poeziya Günlərinin açılışı baş tutub
İyul 14, 2023
Özbəkistan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirildi
Avqust 1, 2023

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” mahnısını yeni ifada təqdim etdi

İyul 25, 2023

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən həyata keçirilən musiqi layihəsi davam edir.

Bu dəfə Ulu Öndərimizin daha bir sevimli mahnısı olan Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” “Mədəniyyət Könüllüləri“ İctimai Birliyinin fəxri üzvləri tərəfindən fərqli bir quruluşda ifa edilib.

Belə ki, məşhur “Küçələrə su səpmişəm” layihənin bədii rəhbəri Bəbir Bəbirli ilə bərabər gənc ifaçılar Türkay Cəfərlinski və Orxan Hüseynli tərəfindən ifa olunmuşdur. Kamança ifası Əməkdar artist Elnur Əhmədova məxsusdur.