“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunan toplantısı baş tutub
Dekabr 26, 2023
2 Fevral “Gənclər Günü”
Fevral 2, 2024

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfər səsi” adlı yeni musiqili layihə təqdim etdi. 

Fevral 2, 2024

Layihə Azərbaycan Ordusunun əldə etdiyi Zəfərə həsr edildi. Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Ali Baş Komandanın düzgün və sərrast strategiyası nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi əsas süjet xəttini təşkil edir. Dünya tarixinə yeniliklər bəxş edən Azərbaycanın zəfər səsi poetik dildə tərənnüm edildi. Layihənin məqsədi xalqımızın Dəmir Yumruq kimi birləşərək Qələbə sevinci, vətən sevgisi və zəfər səsini musiqi və video vasitəsilə izləyicilərə bir daha aşılamaqdır. 

“Zəfər səsi” kompozisiyasının musiqisi Ülviyyə Bəbirliyə, sözləri Cavid Şahbazbəyova, aranjimanı isə Bəbir Bəbirliyə məxsusdur. 

Layihədə vokal ifaçıları İlkin Dövlətov, Kənan Qədimov, Ülkər Əliyeva, Cəmilə Həşimova, Orxan Hüseynli, Sübhan Məmmədzadə, Könül Kərimova, Aytən Orucəliyeva, tar ifaçısı İbrahim Babayev, tütək ifaçısı Nicat Məsimov, zərb alətləri ifaçıları “Amarok” ritm qrupu – Ramil Cahangirov və gitara ifaçısı Taleh Qəhrəmanov iştirak etdilər. Klip rejissor Emil Babayev, operator və montajçı Babak Pourfard tərəfindən ərsəyə gəldi.

Videoçarxın çəkilişi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub.