Bu il Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvü İlkin Dövlətov və Fəxri İsmayılovu dəstəkləmək üçün mədəniyyət könüllüləri İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində olublar.
Verilişin qonağı olan “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Azərbaycan gəncliyinin uğurlarından danışıb və iştirakçılara uğurlar arzulayıb.
