Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən 26 Avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə “Laçın Şəhəri Günü” bayram tədbiri keçirildi.
Qeyd edək ki, tədbirdə mədəniyyət könüllüləri fəal olaraq iştirak etdilər.



