“Bizim karaoke” – mədəniyyət könüllülərinin yeni layihəsi
İyul 15, 2024
“ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
İyul 18, 2024

Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri baş tutdu

İyul 17, 2024

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində Vaqif Poeziya günləri keçirilib.

 İyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında poeziya bayramının açılış mərasimi baş tutub. Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında “Sözün Vətəni – Qarabağ” adlı müasir poeziya saatı təşkil olunub. Günə Xurşidbanu Natəvanın evinin qarşısında etno-caz konserti ilə yekun vurulub. Konsertdə cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab rəngarəng proqramla çıxış edib. 

İyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində “Məhəmməd Füzuli. Zamanın fövqündə” adlı konfrans keçirilib.  

Poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşa ilə yekun vurulub. İlk dəfə təqdim olunan tamaşa azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub.

Silsilə tədbirlərdə dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak ediblər.

Vaqif Poeziya Günlərində Mədəniyyət Könüllüləri fəal iştirak ediblər.