Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləriİctimai Birliyi Ulu Öndərimizin sevdiyi “Alagöz” mahnısını fərqli bir quruluşda təqdim etdi. Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus məşhur “Alagöz” bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olundu. Tarda ifa Əməkdar artist Şəhriyar İmanova aiddir. Layihənin bədii rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir.
Məşhur “Alagöz” Mədəniyyət Könüllüləri tərəfindən yeni ifada – Qurtuluş günündə
İyun 15, 2023