16-19 sentyabr 2024-cü il tarixlərində Başqırdıstanın Ufa şəhərində “MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının 17-ci forumu” keçirilib.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli də iştirak edib. Forum çərçivəsində Ülviyyə Bəbirli çıxış edərək “Mədəniyyət Könüllüləri” İctimai Birliyi və fəaliyyəti haqqında ətralı məlumat vermiş və video çarx nümayiş etdirmişdir.












