Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər Gəncə və Bakı şəhərlərində davam edir.
Gəncə şəhərində təşkil olunan növbəti görüş 21 may 2024-cü il tarixində Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov ilə “Milli vokal məktəbi ənənələri” mövzusunda olmuşdur. Görüş zamanı həm Ramil Qasımov, həm də gənclər fərqli bəstəkarlara müraciətlər edərək ifalar etdilər. Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbir böyük maraqla qarşılandı.
















