Azerbaijan Design Awards layihəsinin final günündə Mədəniyyət Könüllüləri
İyun 24, 2023
26 iyun Mədəniyyət könüllüləri piknikdə
İyun 26, 2023

“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı

İyun 25, 2023

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlər, beynəlxalq simpozium, muğam və poeziya ifaları təşkil olundu.

İyunun 18-də Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə Ənvər Sadıqov və Emil Əfrasiyabın iştirakı ilə açılış mərasimi baş tutdu.

Festival çərçivəsində 24 saat ərzində Şirvanşahlar sarayında 24 saatlıq muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olundu.

24 İyun Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirildi.

İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti baş tutdu.

Mədəniyyət Könüllüləri Festivalda fəal olaraq iştirak etdilər.