29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirildi. Forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər ƏliyevFondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan MilliKonservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyiilə gerçəkləşdi.
Oktyabrın 29-da paytaxtımızdakı “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirildi.Forumun iştirakçıları tərəfindən əvvəlcə Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummillilider Heydər Əliyevin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edildi. Görkəmlioftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edildi.Sonra Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli başda olmaqla görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olundu.
Forumun açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və diniməsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlariştirak etdilər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamladı. Qeyd etdi ki, il ərzində Uluöndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirildi. Bu gün isə ölkəmizdəilk dəfə olaraq Musiqi Forumu təşkil edilir: “Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti və müdrikqərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Heydər Əliyev respublikaya rəhbərliketdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinininkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyixüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkiledilməsinin çox böyük önəmi var”.
Adil Kərimli çıxışının sonunda forumun təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, tədbirin işinə uğurlararzuladı.Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam etdirildi.Qeyd edək ki, Mədəniyyət Könüllüləri Musiqi Forumunda fəal iştirak etdilər.




