“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” mahnısını yeni ifada təqdim etdi
İyul 25, 2023
Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertdə mədəniyyət könüllüləri
Avqust 18, 2023

Özbəkistan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirildi

Avqust 1, 2023

Avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimikeçirildi. Konsertdən əvvəl Fəxri xiyabanda Ümummilli lider, Azərbaycan-Özbəkistan əlaqələrinin qurulmasında tarixixidmətləri olmuş Heydər Əliyevin məzarı ziyarət edildi. Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazibütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad olundu.

Heydər Əliyev sarayında keçirilən tədbirdə dövlət rəsmiləri, iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlariştirak etdi.

Tədbirin açılışında mədəniyyət naziri Adil Kərimli qardaş ölkənin nümayəndə heyətini və tədbir iştirakçılarını salamladı. Azərbaycanda Özbəkistan mədəniyyəti günlərinin xalqlarımızın həyatında əlamətdar hadisə olduğunu deyən nazir bildirdi ki, ümumi tarixə, zəngin mədəniyyətə və ortaq dəyərlərə söykənən möhkəm və davamlı əlaqələr qardaşlığımızın rəmzidir: “Dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bütün sahələr üzrə əməkdaşlıq inkişaf edir. Dövlətlərimiz arasında həyata keçirilən əməkdaşlıq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla davam edir. Bizlər xalqlarımızın mədəni irsi və dəyərlərinin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində birgə fəaliyyət göstərir və beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik. Azərbaycan və özbək xalqlarının görkəmli şəxsiyyətləri dünya mədəniyyətinə, elminə, ədəbiyyatına misilsiz töhfələr veriblər”.

Özbəkistanın mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekov çıxış edərək yüksək qonaqpərvərliyə və mədəniyyət günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. İkitərəfli əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətləri olan dövlət başçılarımızın mühüm rolu var.
Çıxışlardan sonra Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim edildi.

Qeyd edək ki, Özbəkistan Mədəniyyəti Günləri 1-3 avqust tarixlərində baş tutdu.

Mədəniyyət könüllüləri Özbəkistan mədəniyyət günlərində davamlı olaraq fəal iştirak ediblər.