Gəncə şəhərində “Sözün sehri” adlı qiraət gecəsi keçirildi.
May 24, 2024
“Prodüser kimdir?!” mövzusunda növbəti görüş keçirilmişdir. 
May 29, 2024

“Özündən başla, bu gün könüllü ol!” adlı açıq forum baş tutub.

May 25, 2024

Bakı Dövlət Universitetinin 105 illiyi və “BDU könüllüləri” təşkilatının yaranmasının 5 illiyi münasibəti ilə keçirilən “Könüllülük həftəsi” çərçivəsində Azərbaycan Könüllülərinin iştirakı ilə “Özündən başla, bu gün könüllü ol!” adlı açıq forum baş tutub.

 Forumda açılış nitqi ilə çıxış edən “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova təşkilatın fəaliyyəti, missiyası,  altproqramlar haqqında məlumat verib, son 3 ilin müqayisəli statistikasını təqdim edib. 

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Mədəniyyət Könüllüləri İB-nin fəaliyyət istiqamətləri, gənclərin şəxsi inkişafına yönələn tədbir və layihələr haqqında məlumat verib. Həmçinin, qeyd edib ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Gənclər Fondunun daxili nəzarət və monitorinq şöbəsinin müdiri Çingiz Əsgərli, o cümlədən “Könüllü DOST” proqramının könüllülərlə iş şöbəsinin əməkdaşı Fərid Teleyev gənclər üçün yaradılan imkanlardan bəhs edərək  onları fəal olmağa çağırıblar.