Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər davam edir.
29 may 2024-cü il tarixində prodüser, reper Pərviz İsaqov (ProMete) ilə “Prodüser kimdir?!” mövzusunda növbəti görüş keçirilmişdir. Görüş Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş tutmuşdur.













