Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər davam edir.
Daha bir təlim 16 may 2024-cü il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqında psixoloq Gövhər İmanlı ilə “Psixoloji inkişafın strukturları” mövzusunda keçirilmişdir.
















