4 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstan Mədəniyyət Günlərinin qala konserti keçirildi.
Qala konsertdən öncə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel və digər rəsmilər qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış oldular. Daha sonra konsert proqramı təqdim edildi. Qala konsertdə qazax milli musiqisini və mədəniyyətini özündə əks etdirən rəngarəng kompozisiyalar təqdim olundu.
Qeyd edək ki, Mədəniyyət könüllüləri qala konsertdə fəal olaraq iştirak ediblər.

