Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər Gəncə şəhərində davam edir.
“BookZone” Gəncə kitab evinin icraçı direktoru Mahir Hüseynov ilə 22 may 2024-cü il tarixində “Sən Də Oxu!” mövzusunda təlim keçirilmişdir. Təlim Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutmuşdur.














