11-15 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi üçün Mədəniyyət Könüllüləri tərəfindən 200 nəfər könüllü ilə “Sən də Oxu!” adlı flashmob keçirildi.



