13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirildi. Oktyabrın 13-də forumun açılış mərasimi baş tutdu. Mərasimdə rəsmi şəxslər, Türk dünyasının müvafiq qurumlarının nümayəndələri və digər qonaqlariştirak etdilər. Əvvəlcə bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirənAzərbaycanınmuğam-sənətbeşiklərindən Şuşa şəhərinə həsr olunmuş video çarx nümayiş etdirildi, “Dərvişlər” adlı ədəbi-bədii kompozisiyatəqdim olundu.
Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayıb. Qeyd edib ki, I Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi əlamətdar hadisədir: “Bu forum bütün türk mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şuşamız, Qarabağımız, bütün Azərbaycan öz Zəfər təntənəsini yaşayır. Artıq üç ildir ki, Şuşada geniş quruculuq işləri həyata keçirilir. Bu gün Qarabağımızda atəş səsləri eşidilmir. Ötən ay – 19-20 sentyabr tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 24 saat ərzində Qarabağdakı Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin terror əməllərinə birdəfəlik son qoydu. Bununla da Azərbaycan bütün ərazisində suverenliyini təmin etmiş oldu. Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir, bu istiqamətdə əməli addımlar atır”.
Forumun əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, ortaq türk mədəniyyətini dünyaya təbliğ etmək üçün bir ortaq platforma vacib idi: “Düşünürük ki, forum qardaş xalqlarımızın mədəni əməkdaşlığının dərinləşməsində, qədim mirasımızın qarşılıqlı şəkildə təbliğatına öz töhfəsini verəcək. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev türk xalqlarının birliyi uğrunda yorulmadan çalışıb. Məhz buna görə də forumun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilməsi təsadüfi deyil”. Nazir çıxışının sonunda forumun işinə uğurlar arzuladı.
TÜRKSOY-un baş katibi Sultan Raev növbəti dəfə Şuşaya gəlişindən məmnunluğunu bildirdi. Deyib ki, Şuşa Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və s. kimi neçə-neçə söz-sənət xadiminin evidir: “Şuşa həm də bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Şuşa Azərbaycandır! Şuşa türk dünyasıdır!”.
Sonda xatirə şəkilləri çəkdirildi. Açılış mərasimindən sonra forum işini panel sessiyalarla davam etdirdi.Forumunun iştirakçıları oktyabrın 14-də Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış oldular. Mədəniyyət Könüllüləri I Türk Dünyası Mədəniyyət Forumunda fəal olaraq iştirak etdilər.


