Mədəniyyət Könüllüləri Birinci Uşaq İncəsənət Festivalının yay düşərgəsində
İyul 7, 2023
“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” mahnısını yeni ifada təqdim etdi
İyul 25, 2023

Şuşada Vaqif Poeziya Günlərinin açılışı baş tutub

İyul 14, 2023

İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı oldu. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak etdilər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə etdi. Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirildi. Tədbir respublikanın tanınmış sənət nümayəndələrinin konsert proqramı ilə davam etdi.

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa oldu. Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər şairlərinin obrazları canlandırıldı.

Qeyd edək ki, Vaqif  Poeziya Günləri 14-15 iyul tarixlərində keçirilmişdir.

Mədəniyyət Könüllüləri tədbirdə fəal iştirak etmişdilər.