Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblərDövlətimizin başçısı tədbirdə çıxış etdi. Daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi.Çıxışlardan sonra açılış konserti keçirildi.
Mədəniyyət könüllüləri açılış mərasimində fəaliyyət göstəriblər.

