Noyabrın 28-də Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun rəsmi açılış mərasimi keçirildi. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ilin 27 noyabr – 3 dekabr tarixlərində təşkil olunan “Yaradıcı Həftə” çərçivəsində baş tutdu.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli və digər rəsmi qonaqlar çıxış etdi.
Qeyd edək ki, yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçirildi. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
Mədəniyyət könüllüləri yaradıcı sənaye forumunda və yaradıcı həftədə fəal şəkildə iştirak etdilər.





