“Kolleksiya toplamağın faydaları ” mövzusunda görüş keçirilmişdir.
May 7, 2024
“PR və Media” mövzusunda təlim keçirilmişdir.
May 9, 2024

“Yeriyən Düşüncə” adlı gənclərin moda festivalı baş tutub

May 8, 2024

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Kamera və Orqan” musiqisi zalında 08 aprel 2024-cü il tarixində “Yeriyən Düşüncə” adlı gənclərin moda festivalı baş tutub. Festivalda gənc, istedadlı dizaynerlərin geyim nümunələri nümayiş olunub.

Festivalın keçirilməsində məqsəd gənc dizaynerlərin yaradıcılıq ruhunu ictimaiyyətə tanıtmaq, dəb sevərləri bir araya toplamaqdır. Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tək moda sahəsində deyil, eyni zamanda musiqi, rəsm və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə hər zaman dəstək verir. 

Tədbiri açıq elan etmək üçün səhnəyə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli dəvət olunub. O,çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə tamaşaçıları məlumatlandırıb. Qeyd etmək lazımdır ki, tədbirin aparıcısı Abbasağa Əlizadə və  “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkil etdiyi aparıcı kastinqinin hər üç mərhələsindən uğurla keçən mədəniyyət könüllüsü Gülsüm Baxışova olub.

Festival Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Kamera və Orqan” musiqisi zalı, Azerbaijan Fashion Week, Big Model Agency-inin dəstəyi ilə keçirilib. Tədbirin xoreoqrafı Natiq Əliyev olub. Qeyd etmək istəyirik ki, festivalda sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Aysel Əzizovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələri gecədə öz geyimlərini nümayiş ediblər.

Layihənin musiqili qonaqları ölkəmizi Azroviziya 2024-də təmsil edən İlkin Dövlətov, eyni zamanda tar ifaçısı, gənclər mükafatçısı İbrahim Babayev və pianoçu, gənclər mükafatçısı Vüsal Aydəmirov oldular. 

Sonda bütüni ştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunublar.  

Bildirək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 2023-cü ilin aprel ayında yaranıb. Yarandığı tarixdən etibarən 2023-cü il ərzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Forumlarda, mədəni tədbirlərdə, Füzuli və Laçın şəhəri günlərində, Dohada keçirilən Azərbaycan Mədəniyyəti günlərində iştirak etmiş və müxtəlif tədbirlər həyata keçirmişdir.