9-cu Bakı Beynəlxalq Kitab Sərgisi
Noyabr 15, 2023
Yaradıcı Sənayelər Forumu
Noyabr 27, 2023

“Zəfərin Rəngi” adlı rəsm müsabiqəsinin açılış və mükafatlandırma mərasimi

Noyabr 24, 2023

Noyabr ayının 24-ü  “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 8 Noyabr Zəfər Gününə həsr olunan “Zəfərin rəngi” adlı rəsm müsabiqəsinin yekun sərgisinin açılış mərasimi baş tutdu. Tədbir Muzey Mərkəzi/Sərgi Qalereyasında keçirilib. Layihənin təşkilati dəstəkləri Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi və “Lekal” MMC oldu.  

Münsiflər heyətinin tərkibində olan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xaq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının “Kitab qrafikası” bölməsinin rəhbəri, Şöhrət ordenli Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ – tətbiqi sənət” bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, sənətşünaslıq üzrə fəsləfə doktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Sənətşünaslıq” bölməsinin rəhbəri Ziyadxan Əliyev, o cümlədən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli həvəskar və peşəkar kateqoriyaları üzrə qalibləri müəyyən etdilər.  

 Qeyd edək ki, “Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarətdir. Layihədə 16 yaşdan yuxarı gənc rəssamlar iştirak etdi. 

Peşəkar kateqoriyası üzrə qaliblər:

İsmayıl Hacıyev (I yer) – “Müzəffər Sərkərdə”

Lalə Hüseynzadə (II yer) – “44 günün zəfəri”

Rufanə Dünyamalıyeva (III yer) – “Şuşa xatirələri”

Həvəskar kateqoriyası üzrə qaliblər:

Sevinc  Ağaqızı (I yer) – “Zirvə”

Gülarə Salmanova (II yer) – “İstiqlal nəğməsi”

Əntiqə Rüstəmova (III yer) – “Zəfər zirvəsi”

“Əbədi qardaşlıq” nominasiyası üzrə xüsusi diplomla təltif:

Ceyhun Abdullayev – “Dostluq”

Fərqlənmə diplomu ilə təltif olunan iştirakçılar:

Kəmalə Musa  – “Zəfər Xalçaları”

Xədicə Mirəliyeva – “Tarixnamə”

Nilufər Həsənova  – “Şəhid İsabala Hüseynovun portreti”

Nigar Məmmədova  – “Qarabağlı qoca”

Əli Əliyev  – “Zəfər”

Surə Seyidova – “Qarabağ atları”